Piyadanı vurub qaçan sürücü həbs olundu – Bərdədə
16:24 19 İyul 2019
İyulun 17-də saat 23 radələrində Stansiya Mingəçevir-Bəhrəmtəpə yolunun Bərdə rayonunun Mirzəbəyli kəndi ərazisindən keçən hissəsində naməlum sürücü idarə etdiyi “Hovo” markalı avtomobillə yolun kənarında dayanmış Qaraməmmədli kənd sakini R.Quliyevi vurub hadisə yerini tərk edib.
Femida.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 13-cü tağımının əməkdaşları tərəfindən qeyd edilən avtomobil Otuzikilər kəndinin ərazisində saxlanılıb. Araşdırmalarla sürücünün Bərdə rayon sakini İ.Nəsibov olması, habelə onun sərxoş halda və sürücülük hüququ olmadan avtomobili idarə etməsi müəyyən edilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Femida.az
Oxunub: 517
Oxşar xəbərlər
- Piyadanı vurub öldürən sürücüyə cinayət işi açılıb
- Piyadanı vurub qaçan şəxs tutuldu
- Piyadanı vuraraq öldürən avtomobilin sürücüsü hadisə yerindən yayındı
- Piyadanı vurub hadisə yerindən qaçan sürücü xaxlanıldı
- Piyadanı vurub hadisə yerindən qaçan sürücü tutulub
- Piyadanı vuraraq öldürən avtomobilin sürücüsü müəyyənləşib
- Piyadanı vurub öldürərək hadisə yerindən qaçan sürücü tutulub - RƏSMİ
- Piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanıldı
- Piyadanı vuraraq hadisə yerindən qaçan sürücü tutulub
- Piyadanın ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır