Sumqayıtda polisin ölümü ilə bağı cinayət işi başlanıb


17:01     19 İyul 2019 sumqayit09.jpg

Ötən gün Sumqayıt şəhərində polis əməkdaşının meyitinin tapılması faktı ilə bağı cinayət işi başlanıb.



Femida.az xəbər verir ki, Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı, 1995-ci il təvəllüdlü Rəhman Hüseynlinin xidməti otağında meyiti tapılıb. Onun odlu silahdan açılan atəş nəticəsində öldüyü müəyyənləşib. Fakt üzrə Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 639