Baş prokurorun keçmiş müavininə hökm oxundu
17:24 19 İyul 2019
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Məmmədvəli Cəfərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, M.Cəfərov 6 il müddətinə azadlıqdan məhrum edilib. O məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, dövlət ittihamçısı çıxışında onun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, ittiham aktına əsasən, Vəkillər Kollegiyasının üzvü olan M.Cəfərov zərərçəkmiş Rəşad Yusifovun etibarından sui-istifadə edərək ona qarşı külli miqdarda dələduzluq edib.
Belə ki, o, R.Yusifovun həbsdə olan atası Rəhman Yusifovu Ali Məhkəmədən azadlığa buraxdıracağını vəd verib və ondan 150 min manat pul alıb. Lakin sonradan M.Cəfərov verdiyi vədə əməl etməyib.
Zərərçəkmişin hüquq-mühafizə orqanlarına şikayəti əsasında saxlanılan M.Cəfərov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib.
Xatırladaq ki, M.Cəfərov hazırda Bakı şəhəri 13 saylı Vəkil Bürosunda fəaliyyət göstərir. Həmçinin o, Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin 4 avqust 1992-ci ildə imzaladığı sərəncama əsasən, Baş prokurorun müavini təyin edilib. M.Cəfərov bir neçə ay bu vəzifədə çalışıb. / Report
Femida.az
Oxunub: 320
Oxşar xəbərlər
- "Tərtər işi" ilə bağlı 26 şəxs barəsində cinayət işi üzrə hökmlər ləğv edilib
- Əvəz Hafizlini öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub
- Dələduzluqda təqsirləndirilən qadına hökm oxunub
- Bakıda özünü nazirliyin əməkdaşı kimi təqdim edən şəxsə hökm oxunub
- Qadınları cinsi istismara məruz qoyan şəxslərə hökm oxunub
- Sabirabadda arvadını intihar həddinə çatdırmaqda təqsirləndirilən şəxsə hökm oxunub
- Azərbaycan qadınlarını Türkiyədə cinsi istismara məruz qoyan şəxsə hökm oxunub
- Abşeronda piyadanı vuraraq öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub
- Bakıda arvadını məftillə boğaraq öldürən şəxsə hökm oxunub
- Dələduzluqda təqsirləndirilən qadına hökm oxunub