İstirahət günlərinin HAVA PROQNOZU


17:44     19 İyul 2019 hava%20nece%20olacaq.jpg

Ekologiya və Təbii Sərvətlər Nazirliyi istirahət günləri üçün hava proqnozunu açıqlayıb.



Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Femida.az-a verilən xəbərə görə, Böyük və Kiçik Qafqazda yaxın iki gündə hava yağmursuz keçəcək. Qərb küləyi əsəcək. Havanın temperaturu dağətəyi rayonlarda 33-38, dağlıq rayonlarda 23-28 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsində günəşli hava şəraiti müşahidə olunacaq. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 32-37 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında günəşli hava şəraiti müşahidə olunacaq. Qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 34-39 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da yağmursuz hava şəraiti müşahidə olunacaq. Qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 34-39 dərəcə isti təşkil edəcək.

Paytaxtda yaxın iki gündə yağmursuz hava şəraiti müşahidə olunacaq. Şimal-qərb küləyi arabir güclənəcək. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 305