Mətbuat Şurası şikayətlərə baxdı
22:13 19 İyul 2019
Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib. Toplantını açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib.
Mətbuat Şurasından Femida.az-a verilən məlumata görə, komissiya ilk olaraq “Vest Produkt Marketinq” MMC-nin direktoru M.Tağıyevin “Birincitv.az” internet portalının baş redaktoru Elçin Əlibəyliyə qarşı şikayətini araşdırıb. Komissiya müəyyən edib ki, şikayət doğuran materiallarda “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın 1-ci prinsipinin (Həqiqətə xidmət, dəqiqlik və obyektivlik) 1.2 maddəsinin tələbləri pozulub (jurnalist hazırladığı yazıda tənqid obyektinin mövqeyini öyrənib bildirməlidir. Bu, mümkün olmadıqda, tənqid obyekti tələb edərsə, öz fikirlərini çatdırmağa çox qısa vaxtda ona şərait yaradılmalıdır). Şirkət barədə ciddi ittihamların yer aldığı yazılarda faktların dəqiqləşdirilməsi üçün lazımi addımlar atılmayıb. Buna görə də “Birincitv.az” internet portalına xəbərdarlıq edilməsi barədə rəyə gəlinib.
Komissiya üzvləri AMİP mətbuat katibi vəzifəsini icra edən Əli Orucovun “Reaksiya TV” internet televiziyasının rəhbəri Zaur Qəriboğluna qarşı şikayətini də araşdırıb. Bununla əlaqədar əlavə araşdırmalara ehtiyac olduğundan məsələnin Şuranın Katibliyində ətraflı araşdırılması məqbul sayılıb.
Femida.az
Oxunub: 487
Oxşar xəbərlər
- Mətbuatda şikayəti yayımlanan vətəndaş niyə həbs olunub? - DİN-DƏN AÇIQLAMA
- Mətbuat Şurası DSX-ni jurnalistə güc tətbiq edən əməkdaşı barəsində ölçü götürməyə çağırıb
- Mətbuat Şurası vaksinasiya ilə bağlı jurnalistlərə müraciət edib
- Mətbuat Şurası beynəlxalq təşkilatlara və xarici media qurumlarına müraciət edib
- Mətbuatın 145 illiyinə həsr olunmuş vebinar keçirilib
- Mətbuat işçilərinə Prezidentin fərdi təqaüdü verilib
- Mətbuat Şurası həftəsonu qadağası ilə bağlı jurnalistlərə müraciət etdi
- Mətbuat Şurası və DİN jurnalistlərlə bağlı monitorinq qrupu yaratdı
- Mətbuat Şurası KİV-lərə müraciət edib
- Mətbuat Şurası MSK-nın qarşısında keçirilmiş icazəsiz aksiyada monitorinq aparıb