Nazir müavinləri vətəndaşlarla görüşdü
19:39 19 İyul 2019

Bu gün İqtisadiyyat nazirinin müavinləri Niyazi Səfərov Qusarda, Sahib Məmmədov isə Xaçmazda vətəndaşları qəbul edib.
Femida.az xəbər verir ki, qəbullara gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal müəssisələrinin yaradılması və avadanlıqların alınması, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.
İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin nümayəndələrinin iştirakı ilə keçirilmiş qəbullarda vətəndaşlar diqqətlə dinlənilib, qaldırılan məsələlərin böyük əksəriyyəti yerində həll edilib, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.
Eyni zamanda qəbula gələn sahibkarların təklifləri müzakirə olunub, onların heyvandarlıq, bağçılıq, toxumçuluq, tingiçilik və s. sahələr üzrə investisiya layihələrinin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.
Qəbula gələn digər şəhər və rayonlardan olan vətəndaşların müraciətləri də dinlənilib, operativ həlli üçün lazımi tədbirlər görülüb.
Oxunub: 210
Oxşar xəbərlər
- Nazir Naxçıvan məhkəmələri ilə bağlı əmr imzaladı
- Nazirliyin rəhbər heyəti vətəndaşlarla görüşdü
- Afinada QDİƏT-in Xarici İşlər Nazirləri Şurasının 41-ci iclası keçirilib
- Ədliyyə nazirinin müavini Qəbələdə vətəndaşları qəbul edəcək
- Baş nazir Ədliyyə Nazirliyi və Mərkəzi Banka tapşırıq verib
- Nazir müavini direktorlara xəbərdarlıq etdi
- Nazirlər Kabineti rəsmisi: "İslahatlar davam edir"
- Müdafiə Nazirliyinin Kollegiya iclası keçirilib
- Nazirlər Kabinetinə yeni səlahiyyət verilib
- Ədliyyə Nazirliyi ilə "ASAN Xidmət" birgə məhkumlara xidmət göstərib