Xızıda 4 yaşlı uşağın üzərinə ağır taxta düşüb


20:28     19 İyul 2019 19_07_19_1563550897.jpg

Xızı rayonunda bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün rayonun Altıağac qəsəbəsində 4 yaşlı Sadiq Haqverdiyevin üzərinə ağır taxta düşüb.

Azyaşlı boyun və bel fəqərəsindən müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xızı Rayon Mərkəzi Xəstəxanasında S. Haqverdiyevə ilkin tibbi yardım göstərildikdən sonra, o, Sumqayıtda yerləşən tibb müəssisəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 303