ARDNF-ın illik maliyyə hesabatlarının Azərbaycan Prezidentinə təqdim edilmə müddəti dəyişib


19:57     19 İyul 2019 19_07_19_1563550985.jpg

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Femida.az -ın məlumatına görə, dəyişiklik Fondun illik maliyyə hesabatlarını təqdim edilməsi müddəti ilə bağlıdır.

İndiyə qədər Fondun icraçı direktoru Fondun illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hesabat dövrü başa çatdıqdan sonra növbəti il aprel ayının 30-dan gec olmayaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edib.

Dəyişikliyə əsasən, artıq hesabat aprel deyil, iyunun 30-dan gec olmayaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcək.

Açar sözlər:

Oxunub: 394


Oxşar xəbərlər