Türkiyədə sel 7 nəfəri apardı


20:57     19 İyul 2019 19_07_19_1563554464.jpg

Türkiyənin Cüzcə vilayətində sel və daşqınlar insan tələfatına səbəb olub.

Femida.az bildirir ki, təbii fəlakət nəticəsində 7 nəfər itkin düşüb. İtkin düşənlərdən 4 nəfərin azyaşlı olduğu qeyd edilir.

Təbii fəlakət nəticəsində vilayətin 23 yaşayış məntəqəsi arasıda əlaqənin də kəsildiyi bildirilir.

Qeyd edək ki, bundan öncə Trabzonda eyni səbəbdən 76 nəfər təxliyə edilmişdi, 3 nəfər isə həlak olmuşdu.

Açar sözlər:

Oxunub: 267