Şirvanda toyda tüstüdən zəhərlənənlərin sayı 14 nəfərə çatıb - YENİLƏNİB


21:33     19 İyul 2019 2019/07/315d31f3eb21019_1563557713.jpg

Şirvanda toy mərasimi zamanı tüstüdən zəhərlənənlərin sayı artıb.

Hazırda xəstəxanaya 14 nəfər yerləşdirilib.

Onların "Yeganə" şadlıq sarayında istifadə edilmiş tüstü yayan pirotexniki vasitədən zəhərləndiyi deyilir.(APA)

***


Şirvan şəhərində kütləvi zəhərlənmə olub.

Hadisə şəhər ərazisindəki "Yeganə" şadlıq sarayında baş verib.

Belə ki, toy mərasimi zamanı istifadə edilmiş tüstü yayan pirotexniki vasitə qonaqlar arasında zəhərlənməyə səbəb olub. Nəticədə 6 nəfər xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağır olduğu üçün Reanimasiya şöbəsinə yerləşdiriliblər.

Faktın təfərrüatları araşdırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 683