20 iyul - Beynəlxalq Şahmat Günüdür


09:11     20 İyul 2019 sahmat.jpg

Şahmat - taxta lövhə üzərində keçirilən strateji oyun növüdür. 20 iyul - Beynəlxalq Şahmat Günüdür. Femida.az-ın məlumatına görə, planetin hər yerində bu qədim və müdrik oyunun pərəstişkarları öz bayramlarını qeyd edirlər.

Şahmat dünyanın ən qədim oyunlarından biridir. Rəvayətə görə, idmanın bu növü Hindistanda yaradılıb. Daha sonra İrana, oradan ərəb ölkələrinə və Avropaya yayılıb. İlk vaxtlar şahmatın adı satranc olmuşdur. Sonradan dəyişikliklərə uğramış və şahmat adını almışdır. İndiyədək də bəzi ölkələrdə şahmata satranc deyilir.

Azərbaycan idmanı qədim və şərəfli bir tarixə malikdir. Orta əsr səyyah və tarixçiləri ölkəmizdə 17 idman növünün mövcud olduğunu qeyd edirdilər. Bu dövrdə geniş yayılmış idman növlərindən biri də şahmat idi.

Ötən əsrin 70-ci illərindən başlayaraq intellektual idman növü kimi şahmatın inkişafına Azərbaycanda ciddi diqqət yetirilib, bu məqsədlə dövlət səviyyəsində xüsusi qərarlar qəbul edilib, şəhər, qəsəbə və rayonlarda şahmat məktəbləri açılıb. Görülən tədbirlər nəticəsində şahmat oyununa maraq kütləvi xarakter alıb, Azərbaycanın özünəməxsus şahmat məktəbi formalaşıb.

Femida.az

Açar sözlər:

Oxunub: 504