Kənd təsərrüfatı sahəsində uçot dürüstləşdirilir
09:29 20 İyul 2019
Şamaxıda kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması ilə bağlı pilot layihənin təqdimatı keçirilib.
Tədbirdə Vergilər Nazirliyinin və Şamaxı rayon İcra hakimiyyətinin rəhbər vəzifəli şəxsləri, Kənd Təsərrüfatı Nazirliyinin, Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Statistika Komitəsinin, Əmlak Məsələləri Dövlət Komitəsinin yerli qurumlarının, rayondakı qəsəbə, kənd icra nümayəndəliklərinin və bələdiyyələrin rəhbərləri, 4 saylı Ərazi Vergi İdarəsinin əməkdaşları iştirak ediblər.
Vergilər Nazirliyindən Femida.az -a verilən məlumata görə, tədbirdə çıxış edən vergilər nazirinin müavini Sahib Ələkbərov kənd təsərrüfatında uçotun dürüstləşdirilməsini və şəffaflaşdırılmasını zəruri edən səbəblər, bu sahədədki real vəziyyət, mövcud problemlərin aradan qaldırılması üçün vergi orqanları və aidiyyəti dövlət qurumlarının birgə əməkdaşlığı və digər vacib məsələlər barədə məlumat verib.
Qeyd olunub ki, kənd təsərrüfatında uçotun dürüstləşdirilməsində başlıca məqsəd bu sahədə fəaliyyət göstərən istehsalçıların vegiyə cəlb edilməsi yox, real vəziyyəti düzgün əks etdirən uçotun aparılmasıdır. Digər tərəfdən kənd təsərrüfatı məhsulları istehsalçıları uçot aparmamaqla və hesabat təqdim etməməklə, 3-cü şəxslərin vergidən yayınmasına şərait yaratmış olurlar ki, bu da yolverilməzdir. Vurğulanıb ki, kənd təsərrüfatı məhsullarının istehsalçıları 20 ildən çoxdur ki, torpaq vergisi istisna olmaqla bütün vergilərdən azad olunublar. 2019-cu ildən etibarən bu azadolmanın müddəti daha 5 il müddətinə uzadılıb. Bu sahədə çalışanlara dövlət tərəfindən subsidiyalar verilir, onlar bir sıra əlavə güzəştlərdən və yardımlardan istifadə edirlər.
O da qeyd olunub ki, layihə çərçivəsində aparılacaq işlər yalnız kənd təsərrüfatı təyinatlı torpaqlarda satış üçün məhsul istehsalını əhatə edir və fərdi həyətyanı torpaq sahələrində istehsal olunan məhsullar bura aid deyil.
Bundan əlavə, kənd təsərrüfatı təyinatlı pay torpaqlarının mülkiyyətçiləri və ailə kəndli təsərrüfatlarının üzvləri məcburi sosial sığorta məqsədləri üçün uçota alınmadıqda, onlar gələcəkdə layiqli pensiya təminatı ala bilməyəcəklər.
Bildirilib ki, kənd təsərrüfatı sahəsində uçotun və hesabatlılığın səviyyəsi qaneedici hesab oluna bilməz və müxtəlif dövlət orqanlarına və bələdiyyələrə təqdim olunan hesabatlardakı rəqəmlər arasında ciddi uyğunsuzluqlar mövcuddur. Həmin uyğunsuzluqların aradan qaldırılması üçün digər aidiyyatı dövlət qurumları ilə birlikdə böyük bir layihə hazırlanıb və bu işlərə Şamaxı rayonundan başlanılması qərara alınıb. Tədbir iştirakçılarına görülməsi nəzərdə tutulan işlər barədə ətraflı məlumat verilib, vergi orqanlarına aidiyyatı dövlət orqanlarının yerli qurumları, qəsəbə və kəndlərin icra nümayəndələri və bələdiyyələrlə əlaqəli şəkildə işləmək tövsiyyə olunub.
Femida.az
Oxunub: 541
Oxşar xəbərlər
- Kənd təsərrüfatında sığortalanan bitki və heyvan növlərinin sayı artırılıb
- Kənd təsərrüfatı nazirinin səlahiyyətləri artırılıb
- Kənd Qadınları Assosiasiyası üzvləri ilə görüş keçirilib
- Kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxs təltif edildi
- Kənd inzibati ərazi dairələrinin təsərrüfatbaşına uçot sənədləri çap olunacaq - QƏRAR
- Kənd təsərrüfatı nazirinin müavini dəyişib
- Kənd təsərrüfatı ilə məşğul olanların karantin dövründə hərəkət qaydası müəyyənləşdi
- Kənd təsərrüfatı işçiləri təltif edilib - SƏRƏNCAM
- Kənd təsərrüfatı naziri Beyləqanda vətəndaşları qəbul edəcək
- Kənd Təsərrüfatı Nazirliyinin Dovşançılıq təsərrüfatının açılışı olub