Bakıda istirahət mərkəzində kütləvi dava düşdü


10:28     20 İyul 2019 1367572794_dava-dalas.jpg

Bakının Xəzər rayonunda kütləvi dava zamanı bir nəfər xəsarət alıb.

Femida.az APA-ya istinadla xəbər verir ki, bu barədə Xəzər Rayon Polis İdarəsindən məlumat verilib.


Şüvəlan qəsəbəsində yerləşən istirahət mərkəzlərinin birində beş nəfər naməlum şəxs 1984-cü il təvəllüdlü İsmayılov Xalıq Vaqif oğlunu döyüb. Nəticədə o, ağır bədən xəsarətləri alıb. Yaralı özəl xəstəxanaların birinə yerləşdirilib.

Hadisəni törədənlər Xəzər RPİ tərəfindən axtarılır.

Açar sözlər:

Oxunub: 376