Ölkədə 57 nəfər şübhəli şəxs saxlanılıb


10:55     20 İyul 2019 2019/07/hebs_yeni-cinayet_1563605967.jpg

Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 30 cinayətin üstü “isti izlər”lə açılıb.


Femida.az-ın Daxili İşlər Nazirliyinə (DİN) istinadən verdiyi məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 59 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 6 nəfər, borclu şəxs qismində axtarışda olan 43 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 724