Metroda qadını öldürmək istəyən şəxsdən XƏBƏR VAR

Metroda qadını öldürmək istəyən şəxsdən XƏBƏR VAR


11:24     20 İyul 2019 1398947325_mehkeme.jpg

Bakı Apellyasiya Məhkəməsində sevgilisini bıçaqlayaraq ölümə cəhddə təqsirli bilinən Vahid Abdullayev barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Femida.az -ın məlumatına görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, V. Abdullayevin apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, hadisə ötən il sentyabrın 4-də Bakı metropoliteninin "Nəsimi" stansiyasının platformasında baş verib.

V. Abdullayev 1972-ci il təvəllüdlü Elnarə Quliyevanı bıçaqlayıb. Hadisə yerindən qaçmağa cəhd edən V. Abdullayev daha sonra saxlanılıb.

Məlumata görə, o, E. Quliyeva ilə qeyri-rəsmi nikahda olub və hadisə qısqanclıq zəminində baş verib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, V. Abdullayev 11 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Açar sözlər:

Oxunub: 273