Bakıda saxta pul satan şəxs saxlanılıb


15:50     20 İyul 2019 hebs.jpg

Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsnin əməkdaşları tərəfindən saxta pul satan şəxs saxlanılıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Xətai RPİ 34-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 19-da rayon ərazisində Bakı şəhər sakini B. Hüseynbəyli 1 ədəd 50 manatlıq və 4 ədəd 100 manatlıq saxta əsginasları 170 manata satarkən saxlanılıb.

Araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 321