Ayaqlarda şiş yaranmasının səbəbləri NƏDİR?


14:02     20 İyul 2019 19_07_20_1563613459.jpg

Yay aylarında isti hava ilə birgə damarlar da genişlənir.


Femida.az xəbər verir ki, ürək damar cərrahı uzman həkim Sonər Sanioğlu bu problemin çox ciddi qəbul edilməli olduğunu açıqlayıb.

"Bu şişliklər uzun müddət hərəkətsizlikdən yaranır, kökəlmə, böyrək çatışmazlığı və ürək xəstəlikləri ilə birbaşa bağlı ola bilir. Ayaqları qidalandırmaq üçün gələn qan venadan limfa sisteminin köməyi ilə ürəyə daşınır. Əgər bu qanın axınının fəaliyyəti zəif olsa, şişkinlik və digər problemlər meydana çıxır”.
Həkimin sözlərinə görə, vena ya da limfa sistemində problem ürək və böyrək çatışmazlığına səbəb ola bilir. Həmçinin artıq çəki, hərəkətsizlik ödəmin meydana çıxmasına təkan verir. Təzyiq və bəzi ağrıkəsici dərmanlar da eyni təsirə malikdir.

Fərqli formalarda meydana çıxa bilir
Periferik ödəm ətraf toxumalarında interstitsial mayenin artması ilə əlaqədar palpasiya olunan şişkinlikdən ibarətdir. Ödəmin ən ağır və generalizə olunmuş forması anasarka adlandırılır. Ödəm mayeni toxuma boşluqlarına doğru itələyən hidrostatik qüvvələrlə damar boşluqlarına doğru çəkən onkotik qradiyent arasındakı balansın pozulması nəticəsində baş verir. Normada interstitsial boşluğa düşən az miqdarda maye limfatik drenaj vasitəsilə kənarlaşdırılır. Əgər bu sistemdə tıxanma olarsa, tədricən ödəm inkişaf edir. Orqanizmdə bu balansın qorunmasına xidmət edən bir neçə homeostatik mexanizm mövcuddur və maye toplanmasının özünü periferik ödəm şəklində büruzə verməsi üçün əvvəlcə bu mexanizmlər tükənməlidir. Anamnez sayəsində əldə edilən istiqamətləndirici məlumatlar kliniki müayinə və məqsədyönlü laborator müayinələr, periferik ödemin etiologiyasını müəyyənləşdirməyə imkan verir.

ÖDƏMİN ALTINDA YATAN XƏSTƏLİKLƏRİN ƏLAMƏTLƏRİ
Hər kəsdə ödəmə səbəb olan xəstəliklər var. Bu isə pasiyentə görə dəyişir. Her iki ayağın simmetrik şişməsi ürək, böyrək, tiroid çatışmazlığı, qanda protein azlığı, dərman reaksiyaları kimi bütün bədənə təsir edən səbələri ağıla gətirir. Ödəm tək ayaqda olursa, varis damarlar, vena, limfa damarı çatışmazlığı kimi sadəcə o ayaqla əlaqəli durumlar ağıla gəlir. Ödəmli ayaqlarda qızarıqlıq, ağrı və bədən temperaturunun artması infeksiyanı düşündürür.

Tək tərəfli, qəfil başlayan ağrılı ödəmə diqqət!
Həkim vurğulayıb ki, anidən başlayan, şiddətli ağrı ilə müşahidə edilsə, təhlükəli ola bilir.
Ayaq damarlarında tıxanmanın səbəb olduğu şişkinlik daha qorxuludur. Əgər vaxtında müayinə olmasa, ağır nəticələnə bilir. Nə qədər şişir şişsin, periferik ödəmə tibbi müdaxilə edilmədikdə, açıq yaralara da səbəb olur.

Müalicə gecikdirilsə, xroniki ola bilir.
Ayaqların yuxarı qaldırılması qanın ürəyə geri axmasını aanlaşdırır. Buna görə də pasiyentlər adətən şikayətlərin sabah keçib getdiyini deyirlər. Lakin gün ərzində adamın aktiv həyatı ilə bağlı olan şişkinlik daha çox hiss edilir. Əgər vaxtında müalicə edilməzsə, xroniki olacaq və ömür boyu bu xəstəliyə məhkum olacaq.

Ödəm necə azaldılır?
Ürək və böyrək çatışmazlığı olan xəstələr, sidik qovucu dərmanlarda isə tiroid xəstələrinin müalicə üsulu nəzərdən keçirilir. Dərmana bədənin reaksiyası öyrənilir. Ayaq şişməsi əsasən maye yığılması ilə ortaya çıxır. Bu vəziyyət şiş adlandırılır və bədəninizdəki hüceyrələr arası boşluqlarda maye yığılması ilə meydana gəlir. Şiş ən çox ayaqlarda görülməsi ilə birlikdə bütün bədəndə də ola bilər. Şişən bölgə daha əvvəl zədə almış ola bilər. Bəzi tip dərmanlar və bir sıra sağlamlıq problemləri də şişə səbəb ola bilər.

Ayaq Şişməsinin Müalicəsi
Ayaq şişməsinin müalicəsinə əvvəlcə bunun səbəbini təyin etməklə başlanılır. Ayaqda şişməyə qarşı bəzi üsullar aşağıdakılardır:

Ayağı qaldırmaq
Ayaqlarınızı istirahət zamanı yuxarı qaldırın. Şişən ayağınız üzərində yeriməkdən çəkinin. Oturarkən ayağınızın ürək səviyyənizdən yüksəkdə qalmasına diqqət edin. Bu şişməyə səbəb olan mayelər normal olaraq axacaq.

Xüsusi corablardan istifadə etmək
Varis corabı kimi dar corablar ayağınızın daha çox şişməsinə mane olacaq. Qan və limfa dövranına da kömək edər.

Masaj
Masaj şişən ayağa kömək edə bilər. Hamilələr doğuşdan əvvəl masaj terapevtinə gedə bilərlər.

Duzu azaldın
Artıq duz istehlakı də şişin yaranmasına səbəb olur. Çox duz istehlak etməyin, duzlu yemək və içkiləri məhdudlaşdırın.

Daha az şəkər qəbul edin
Orqanizmə daxil olan şəkər ayaqda şişməyə yol açır. Enerji içkiləri, peçenyə və tort kimi çox şəkərli qidalar yeməyin. Könlünüz istəsə, şirin meyvələr yeyin.

Açar sözlər:

Oxunub: 26364


Oxşar xəbərlər