Azərbaycanlı "qanuni oğru"ya 10 il həbs verildi
13:50 20 İyul 2019

Belarusun Minsk rayon məhkəməsi azərbaycanlı "qanuni oğru", kriminal aləmdə "Rəşad Gəncinski" ləqəbi ilə tanınan Rəşad İsmayılovu 10 il müddətinə azadlıqdan məhrum edib.
Femida.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Sputnik Belarus" xəbər verib.
Xatırladaq ki, o, ötən ilin noyabrında iki yaxın adamı ilə bərabər silah və narkotiklərin qanunsuz dövriyəsinə görə saxlanılmışdı. Onun Minsk şəhərində kirayələdiyi evdə və avtomobildə "Makarov" və "TT" silahları, 14 ədəd güllə, 5,8 qram həşiş aşkarlanmışdı. R. İsmayılovun Rusiyaya məxsus saxta sənədlə sərhədi keçdiyi bildirilmişdi.
İkinci təqsirləndirilən şəxs, İsmayılovun sürücüsü, üzərində tapanca və patronlar tapılan Belarus vətəndaşı 8 il müddətinə, üzərində narkotik tapılan üçüncü şəxs isə 6 il müddətinə azadlıqdan məhrum edilib. Onların adları açıqlanmır.
Qeyd edək ki, həbs edilən Rəşad İsmayılov "Lotu Quli" ləqəbi ilə tanınan azərbaycanlı "qanuni oğru" Nadir Səlifova ən yaxın şəxslərdəndir.
Femida.az
Oxunub: 246
Oxşar xəbərlər
- Azərbaycanlı hakim Çexiya parlamentində çıxış edib
- Azərbaycanlı və erməni jurnalistlərin səfəri niyə məxfi olub? - AÇIQLANDI
- Azərbaycanlı gənc qız asılmış vəziyyətdə tapıldı
- Azərbaycanlı beynəlxalq axtarışa verilib
- Azərbaycanlı tərcüməçi Beyli tanımadığı üçün mətbuat konfransından çıxarıldı
- Azərbaycanlı məktəbli erməni idmançıya qalib gəldi - Qızıl medal qazandı
- Azərbaycanlı mühacir Fransada saxlanılıb - FOTO
- Azərbaycanlı hakim-inspektor Danimarkaya gedəcək
- Azərbaycanlı iki polis Tbilisidə medal qazandı
- Azərbaycanlı şair VƏFAT ETDİ