Aavtomobil nəqliyyatı ilə yükdaşımalar artıb
14:55 20 İyul 2019
Bu ilin yanvar-iyun aylarında Azərbaycanını nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 72,2 mln. ton yük daşınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5% çoxdur.
Femida.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə avtomobil nəqliyyatı ilə 848 mln. sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 1,9% artım qeydə alınıb.
Məlumata əsasən, sərnişinlərin 96%-i avtobus, 4%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib.
Femida.az
Oxunub: 452