Qaradağda evdə yanğın olub


16:35     20 İyul 2019 yangin_38673636.jpg

Bakının Qaradağ rayonu ərazisində yerləşən ikimərtəbəli 8 otaqlı evdə yanğın hadisəsi baş verib.

Femida.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 180 m² olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın dam örtüyünün, tavanının yanar konstruksiyaları 25 m² sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 413