Naxçıvanda faciə: ata və oğul öldü


17:10     07 Noyabr 2015 1426434315_teleqraf.com1426424414traktor-2.jpg


Onların meyitləri traktorun içərisində tapılıb

Naxçıvanda faciəli hadisə baş verib. Femida.az-ın məlumatına görə, noyabrın 5-də Şərur rayonunun Muğancıq-Müslüm kəndində yaşayan Fərrux Mahmudov oğlu Əlövsətlə birlikdə “Belarus” markalı traktorda evdən çıxıb və geri qayıtmayıb. Noyabrın 6-da Arpaçayın Çəmənli kəndinin ərazisindən keçən hissəsində Fərrux və Əlövsət Mahmudovların meyitləri traktorun içərisində tapılıb. Onlar çayda boğulublar.

Faktla bağlı araşdırma aparılır.(apa)

Açar sözlər:

Oxunub: 1151