Qusarda qoyun oğruları tutuldu
18:32 20 İyul 2019

Qusar rayonu Gədəzeyxur kənd sakinləri B.Seyidov və İ.Hacəliyev Rayon Polis Şöbəsinə müraciət edərək onlara məxsus 8 baş qoyunun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildiriblər.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Femida.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən həmin kənd sakinləri, 37 yaşlı Famil Kəlbəliyev, əvvəllər AR CM-nin müxtəlif maddələri ilə məhkum olunmuşlar 55 yaşlı Allahverdi Nəzərov və 45 yaşlı Mahir Nəcəfov saxlanılaraq polis şöbəsinə gətiriliblər. Dindirilmə zamanı hər üç şəxs törətdikləri oğurluq hadisələrini etiraf ediblər.
Faktla əlaqədar Qusar RPŞ-nin TB-də araşdırmalar aparılır.
Femida.az
Oxunub: 187
Oxşar xəbərlər
- Qusarda 40 yaşlı kişi itkin düşdü
- Qusarda dərəyə düşən şəxsin meyiti tapılıb
- Qusarda hündürlükdən dərəyə düşən şəxsin axtarışlarına başlanılıb
- Qusarda 5 ton kartof oğurlanıb
- Qusarda maşın ağaca çırpıldı: Ölən və yaralılar var
- Qusardakı qəza ilə bağlı cinayət işi başlandı
- Qusarda dəhşət: 5 nəfər xəsarət aldı, biri öldü
- Sərnişinin pulunu oğurlayan taksi sürücüsü həbs edildi - Qusarda
- Qusarda oteldən oğurluq edən tutuldu
- Qusarda avtomobil qaz xəttini zədələyib