Xalası qızını öldürən şəxs 17 il azadlıqdan məhrum edilib


18:55     20 İyul 2019 1398947325_mehkeme3.jpg

Hacıqabulda xalası qızını öldürməkdə təqsirləndirilən Ayəddin İsmayılzadənin məhkəmə prosesi başa çatıb.

Femida.az-ın məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən A. İsmayılzadə 17 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il Hacıqabulda baş verib. A. İsmayılzadə sevgi münasibətlərində olduğu xalası qızı Məlikli Rəvanə Məlikağa qızının gizli olaraq başqa şəxslə telefonla danışdığı, ona xəyanət etməsindən şübhələndiyi üçün qısqanclıq zəminində xüsusi amansızlıqla qəsdən öldürüb.

Ona Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 464