Hacıqabulda 4 otaqlı ev yanıb


20:22     20 İyul 2019 yangin_38673636.jpg

Hacıqabul rayonunda yanğın olub.

FHN-dən Femida.az-a verilən məlumata görə, ümumi sahəsi 115 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 80 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 755