İraqda türkiyəli diplomata hücum edən şəxs saxlanılıb

İraqda türkiyəli diplomata hücum edən şəxs saxlanılıb


20:49     20 İyul 2019 hebs5.jpg

Ərbil Təhlükəsizlik İdarəsi Türkiyənin Baş Konsulluğunun əməkdaşına hücum edən terrorçunun saxlanıldığını elan edib.

Femida.az-ın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, türkiyəli diplomata hücum edən şəxs İraq ərazisində saxlanılıb.

Türkiyənin Xarici İşlər Nazirliyinin məlumatına görə, türkiyəli diplomata hücum iyulun 17-də Ərbil restoranlarının birində baş verib. Nəticədə bir nəfər türkiyəli diplomat və 2 iraqlı həlak olub

Femida.az

Açar sözlər:

Oxunub: 140