ABŞ-da isti hava 6 nəfərin ölümünə səbəb olub


20:57     20 İyul 2019 istiiiiiiiii.jpg

Anormal isti hava ABŞ-ın müxtəlif ştatlarında ən azı altı nəfərin ölümünə səbəb olub.

Femida.az-ın məlumatına görə, 4 nəfər Merilenddə, bir nəfər Arizonada, daha bir nəfər də Arkanzas ştatında dünyasını dəyişib.

Bundan əlavə, isti hava şəraiti ABŞ-ın orta qərbində və şərq sahillərində 200 milyona qədər insana təsir edə bilər.

Bu bölgələrdə həftə sonu temperaturu 32 dərəcədən yuxarı qalxaraq, 37-45 dərəcə kimi hiss edilə bilər.

Daha əvvəl FEMA Federal Təcili Yardım Agentliyi xəbərdarlıq edib ki, ABŞ sakinlərinin təxminən yarısı anormal isti hava şəraitinin yayıldığı ərazisindədir.

Femida.az

Açar sözlər:

Oxunub: 183