Çində dəhşətli partlayış - 12 ölü, 13 yaralı


21:19     20 İyul 2019 19_07_20_1563643250.jpg

Çinin Yima şəhərində qaz zavodunda partlayış olub.

Femida.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 12 nəfər dünyasını dəyişib, 13 nəfər ağır yaralanıb. Həmçinin 3 nəfər itkin düşmüş sayılır.

“Sinxua” informasiya agentliyi bildirib ki, partlayış “Henan Coal Gas” kompaniyasının sözügedən zavoddakı havaayırıcı qurğusunda baş verib.

Axtarış-xilasetmə işlərində 270 nəfərə yaxın adam iştirak edir.

Açar sözlər:

Oxunub: 353