Bakıda 28 yaşlı gənc dostu tərəfindən bıçaqlanıb


09:41     21 İyul 2019 bicaq_321.jpg

Bakıda gənc dostu tərəfindən bıçaqlanıb.

Femida.az Report-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb.

Belə ki, şərti olaraq "Köhnə tolkuçka" adlanan ərazidə 28 yaşlı Rafael Süleymanovla dostu arasında mübahisə yaranıb. Mübahisə dava ilə nəticələnib. Dava zamanı R.Süleymanov dostu tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 396