FHN Bərdədəki yanğını söndürdü


10:44     21 İyul 2019 19_07_21_1563691570.jpg

Bərdə şəhərində yanğın yanğın baş verib.

Fövqəladə Hallar NazirliyindənFemida.az-a verilən məlumata görə, şəhərin Üzeyir Hacıbəyov küçəsində ümumi sahəsi 2000 m² olan, bir dam altında bir-birinə bitişik tikilən, müxtəlif təyinatlı obyektlərin (qalayçı sexi və mebel mağazaları) yanar konstruksiyaları 590 m² sahədə yanıb.

Tikililərin qalan hissəsi və yaxınlıqdakı məktəb binası yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 345