Postda erməni əsgərin meyiti tapılıb


11:36     21 İyul 2019 19_07_21_1563694884.jpg

Ermənistan ordusunun cəbhədəki hərbi postlarının birində erməni əsgərin meyiti tapılıb.

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artur Ovannisyan "Facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb.

A. Ovannisyan 2000-ci il təvəllüdlü sıravi Amik Vardanyanın meyitinin postda tapıldığını yazıb.

Əsgərin hansı səbəbdən öldüyü açıqlanmayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 556