Mingəçevirdə avtomobil aşıb, sürücü ağır xəsarət alıb


13:54     21 İyul 2019 2019/07/805d3423897d9b6_1563700820.gif

Mingəçevirdə minik avtomobili aşıb.

Femida.az-ın məlumatına görə, hadisə Samux küçəsində baş verib.

“VAZ 2106” markalı avtomobillə toqquşan “VAZ 21 07” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Hadisə nəticəsində 1992-ci il təvəllüdlü sürücü Elvin Kərimli ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 382