İranda güclü zəlzələ oldu

İranda güclü zəlzələ oldu


14:08     21 İyul 2019 zəlzələ68.jpg

İranın qərbində yerləşən Lorestan vilayətinin Sepid Dəşt rayonunun 3 kilometrliyində 4,3 bal gücündə zəlzələ baş verib.

Femida.az-ın məlumatına görə, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib.

Məlumata görə, zəlzələ yerli vaxtla saat 12:54-də 10 kilometr dərinlikdə qeydə alınıb.

İtki haqda məlumat verilməyib.

Xatırladaq ki, 8 iyulda İranın cənub-qərbində Xuzistan vilayətində 5,7 bal gücündə baş verən zəlzələ nəticəsində 1 nəfər həlak olub, 112 nəfər yaralanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 216