"Tobol"un baş məşqçisi istefa verib


14:30     21 İyul 2019 2019/07/86ace80f-8b6d-433a-b9ec-a91ee9b785c7_1563703939.jpg

Azərbaycan milli komandasının qapıçısı Emil Balayevin çıxış etdiyi Qazaxıstanın "Tobol" klubunda baş məşqçi Vladimir Qazzayev istefa verib.



Klubun rəsmi saytı bu qərarı yeni inkişaf istiqaməti ilə əlaqələndirib. Qazzayevlə birgə köməkçisi Nikolay Latış da komandadan ayrılıb.

Qeyd edək ki, "Tobol"un Avropa Liqasının I təsnifat mərhələsində Lüksemburq "Jöness"ini üstələyə bilməyib. Hər iki oyun heç-heçə başa çatsa da, "Jöness" səfər qolu sayəsində mərhələ adlayıb.

Hər iki oyun heç-heçə başa çatsa da (0:0, 1:1).

Femida.az

Açar sözlər:

Oxunub: 376


Oxşar xəbərlər