Bakıda çoxmərtəbəli binada təhlükəli anlar yaşanıb


16:20     21 İyul 2019 fhn.jpg

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının fasadına vurulan aqlay daşlarının yerindən qoparaq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.


Femida.az FHN-ə istinadən xəbər verir ki, ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub. Xilasedicilər daş parçalarını götürərək sakinlərin təhlükəsizliyini təmin ediblər.

Femida.az

Açar sözlər:

Oxunub: 302