Ukraynalı nazir ölkəsinin Bakıdakı səfirliyində səs verib


18:50     21 İyul 2019 19_07_21_1563718119.jpg

Ukraynanın gənclər və idman naziri İgor Jdanov ölkəsində keçirilən növbədənkənar parlament seçkiləri ilə əlaqədar Ukraynanın Azərbaycandakı səfirliyində təşkil olunan seçki məntəqəsində səs verib.

Femida.az -ın xəbərinə görə, bu barədə İ.Jdanov öz rəsmi "Facebook" səhifəsində məlumat yayıb.

Nazir səfirliyə səsverməni təşkil etdiyinə görə minnətdarlığını bildirib: "Öz vətəndaş vəzifəmi yerinə yetirdim. Siz də harada olmağınızdan asılı olmayaraq, səsvermədə iştirak edin və öz şüurlu seçiminizi edin".


Qeyd edək ki, bu gün Ukraynada növbədənkənar parlament seçkiləri keçirilir.

Açar sözlər:

Oxunub: 504