ABŞ-da iki təyyarə toqquşub
19:33 21 İyul 2019
ABŞ-da iki təyyarə toqquşub.
APA-nın "Associated Press" agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Tennessi ştatının Naşvill şəhərindəki beynəlxalq aeroporta qeydə alınıb.
Sent-Luis şəhərinə uçuşa hazırlaşan təyyarə yedəyə alınan zaman Atlantaya uçmağa hazırlaşan digər təyyarənin qanadına çırpılıb. Hər iki sərnişin təyyarəsi "Southwest Airlines" aviaşirkətinə məxsus olub. Toqquşma zamanı təyyarələrin göyərtəsində olan sərnişinlər və heyət üzvləri arasında xəsarət alan olmayıb.
Bununla belə, Atlantaya uçan təyyarənin stabilizatorunun zədələndiyi aşkarlanıb. Texniki baxışla əlaqədar hər iki təyyarə reysdən çıxarılıb.
Oxunub: 400
Oxşar xəbərlər
- ABŞ-da atışma olub, ölən və yaralananlar var
- ABŞ-da paradda atışmada ölənlərin sayı 7 nəfərə çatıb
- ABŞ-da yük maşınında 46 nəfərin meyiti aşkarlanıb
- ABŞ-da kilsəyə silahlı hücum zamanı ölənlərin sayı artıb
- ABŞ-da festivalda atışma olub, ölən və yaralananlar var
- ABŞ-da yaşayan tanınmış azərbaycanlı alim vəfat edib
- ABŞ-da atışma nəticəsində 6 nəfər ölüb
- ABŞ-da Ukraynaya müasir HHM sistemlərinin tədarükü müzakirə edilir
- ABŞ-da atışma olub, ölən və xəsarət alanlar var
- ABŞ-da vaksinasiyadan imtina etdiyi üçün 27 hərbçi qovulub