Bakının bu ərazilərində işıq olmayacaq


09:21     22 İyul 2019 19_07_22_1563772898.jpg

Bu gün saat 10:00-dan 14:30-a qədər Pirşağı qəsəbəsi və Lahıc bağları ərazisində elektrik enerjinin verilişində qısamüddətli fasilələr yaranacaq.


Bu barədə Femida.az-a "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayevin sözlərinə görə, fasilə Pirşağı qəsəbəsi və Lahıc bağlarının bəzi ərazilərində elektrik verilişi xətlərində aparılan yenidənqurma işləri ilə əlaqədardır.

"Azərişıq" yaranan narahatlığa görə istehlakçılardan üzr istəyir.

Femida.az

Açar sözlər: #Azərişıq  

Oxunub: 292