Astarada qadın polisi aldatdı


09:43     22 İyul 2019 qadin_isgence_0147883.jpg

Astara şəhərində qadın telefonunun əlindən alınması barədə polisə yalan məlumat verib.



Femida.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, şəhər sakini K.Q Rayon Polis Şöbəsinə müraciət edərək Mərkəzi Poçtun yaxınlığında tanımadığı şəxsin onun əlindən “Samsung” markalı mobil telefonunu alaraq qaçdığını bildirib. Müəyyən edilib ki, K.Q-nın mobil telefonunu qeyri-rəsmi ər-arvad kimi yaşadığı İqrar Əliyev qısqandığı üçün künüllü şəkildə ondan alıb, lakin sonra geri qaytarmayıb.

Bununla da K.Q şikayət ərizəsində soyğunçuluq cinayəti barədə yalan məlumat verdiyi müəyyən edilib. İstintaq zamanı “Samsung” markalı mobil telefon aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər: #Polis   #DİN  

Oxunub: 337