Rezidenturaya ixtisas seçimi başa çatıb

Rezidenturaya ixtisas seçimi başa çatıb


09:56     22 İyul 2019 2019/07/telebe-imtahan-abituriyent-erize_1563775052.jpg

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başa çatıb.


Femida.az xəbər verir ki, seçim iyulun 16-dan 22-dək davam edib.

Müsabiqə şərtini ödəyən namizədlər elektron ərizələrinə daxil olaraq baza ali tibb təhsili üzrə uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları “Rezidentura” jurnalının 3-cü nömrəsində dərc olunan "Rezidenturaya qəbul aparılan ixtisaslar" bölümündən (səh. 5-7) seçib təsdiq ediblər.

Xatırladaq ki, “Rezidentura” jurnalının 3-cü nömrəsində “Namizədin elektron ərizəsi”ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, "Namizədin elektron ərizəsi"ndə ixtisas seçimi formasının nümunəsi, rezidenturaya qəbul aparılan ixtisaslar və onların plan yerləri dərc edilib.

Femida.az

Açar sözlər: #DİM   #İmtahan   #Abituriyent   #Tələbə  

Oxunub: 211