"İki gün də geciksəydim, ölə bilərdim" - Yalçın Rzazadə
10:24 22 İyul 2019

"Həkimlər məni ölümdən xilas edib, iki gün də geciksəydim, ölə bilərdim".
Femida.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Türkiyədəki xəstəxanaların birində əməliyyat olunan Xalq artisti, müğənni Yalçın Rzazadə deyib.
O əməliyyat olunandan sonra özünü yaxşı hiss etmədiyini bildirib:
"Mədəmdəki yaralara görə əməliyyat olundum. Artıq bir neçə gündür əməliyyat masasından palataya köçürülmüşəm. Hazırda özümü yaxşı hiss etmirəm. Vəziyyətim heç də yaxşı deyil. Səhhətimdə çoxlu problemlərin olduğu üzə çıxdı. Qanım zəhərlənmişdi. Yeməyə, içməyə isə həvəsim yoxdur, bu da keçirdiyim ağır əməliyyatla bağlı ola bilər. Hazırda həkimlər səhhətimlə əlaqədar konkret olaraq heç nə demirlər".
Qeyd edək ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Xalq artisti Yalçın Rzazadənin səhhəti ilə bağlı məsələləri Fond nəzarətinə götürüb. Y.Rzazadə müayinə və müalicə olunması üçün Türkiyənin İstanbul şəhərindəki xəstəxanalardan birinə aparılıb.
Xatırladaq ki, 73 yaşlı Y.Rzazadənin mədəsində bir neçə yara aşkarlanıb.
Femida.az
Oxunub: 239
Oxşar xəbərlər
- İki piyadanın ölümünə səbəb olan sürücü ilə bağlı cinayət işi başlandı
- İki günün cinayət statistikası - 47 nəfər saxlanılıb
- İki rayonda yanğın olub
- İki mindən artıq məhkuma elektron qolbaq tətbiq edilib
- İki gənc qız və bir oğlan itkin düşdü
- İki sərnişin qatarı toqquşub, 16 ölü, 50 yaralı var (VİDEO)
- İki günün cinayət statistikası - 44 nəfər saxlanılıb
- İki uşağı ilə gəzməyə çıxan ana itkin düşdü
- İki qadını maşın vurdu
- İki magistralda sürət həddi endirilib