Azərbaycanlılar Türkiyədə 531 daşınmaz əmlak alıb - 6 ayda


11:51     22 İyul 2019 19_07_22_1563781929.jpg


2019-cu ilin yanvar-iyun aylarında Azərbaycan vətəndaşları Türkiyədə 531 daşınmaz əmlak obyekti əldə ediblər ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 117 dəfə çoxdur.


Bu barədə Türkiyə Dövlət Kadastrı və alqı-satqı Agentliyi məlumat verib.

Məlumatlara görə, bu ilin yanvarında Azərbaycan vətəndaşları Türkiyədə 95, fevralda 105, martda və apreldə 87, mayda isə 90 daşınmaz əmlak alıb.

Qeyd edək ki, 2019-cu ilin iyun ayında Türkiyədə 61 355 daşınmaz əmlak satılıb, bu da 2018-ci ilin iyun ayına nisbətən 48,6 faiz azdır. Türkiyədə satılan daşınmaz əmlakların 2689-u xaricilərə satılıb ki, bu da 2018-ci ilin eyni dövrünə nisbətən 30,5 faiz çoxdur. / Trend

Femida.az

Açar sözlər: #Türkiyə  

Oxunub: 465