“Diqlas”ın söküntüsü yekunlaşır - FOTO


12:07     22 İyul 2019 2019/07/e2e7a91f-eb13-4e20-8f75-7ecc631bc7b1_3127565902.jpg


Bakı şəhərinin Nizami rayonu ərazisində yanğın baş verən “Diqlas” ticarət mərkəzinin söküntüsü davam etdirilir.


Femida.az Report-a istinadən xəbər verir ki, artıq söküntü işləri yekunlaşmaq üzrədir. Hazırda ticarət mərkəzinin birinci mərtəbəsinin sökülməsi istiqamətində son tamamlanma işləri aparılır.

Qeyd edək ki, bu ilin martın 26-da Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospketində yerləşən beşmərtəbəli “Diqlas” ticarət mərkəzində yanğın baş verib.



Femida.az

Açar sözlər: #Diqlas  

Oxunub: 517