İDDİA: 55 yaşlı kişi 8 yaşlı uşağa qarşı əxlaqsızlıq edib

İDDİA: 55 yaşlı kişi 8 yaşlı uşağa qarşı əxlaqsızlıq edib


12:32     22 İyul 2019 19_07_22_1563784420.jpg

Sumqayıt şəhərində 55 yaşlı kişi 8 yaşlı qızı oğurlayaraq zorlayıb.


Femida.az “qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə bir neçə gün öncə şəhərin 17-ci mikrorayon ərazisində baş verib.

8 yaşlı qız nənəsigilə qonaq gəlibmiş, öz evlərinə geri qayıdarkən yolda 55 yaşlı kişi ilə rastlaşıb. Həmin şəxs uşağa şirnikləndirici vədlər verərək aldadıb.

Onu yaxınlıqda yerləşən restoranın arxasındakı zirzəmiyə apararaq bir gecə orada saxlayıb. O, həmin gecə 8 yaşlı qızı zorlayıb.

Sumqayıt şəhər prokurorluğundan bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə cinayət işi başlanılıb.

Cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanaraq barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq davam etdirilir.

Açar sözlər:

Oxunub: 320