75 minlik telefon oğurlamışdı, saxlanıldı


13:32     22 İyul 2019 19_07_22_1563787999.jpg

Qazaxıstanın Pavlodar şəhərində Azərbaycan vətəndaşı saxlanılıb.


Femida.az -ın “zakon .kz” portalına istinadən verdiyi xəbərə görə, 33 yaşlı azərbaycanlı “Qazel” avtomobil salonundan 75 min tenqe (330 AZN) dəyərində mobil telefonu oğurlamaqda ittiham edilir.

Bundan öncə də o, oğurluq əməlinə görə məhkumluq həyatı yaşayıb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları sözügedən şəxsin digər analoji faktlarda əlaqəsinin olub-olmadığını araşdırır.

Açar sözlər:

Oxunub: 225