Qarabağın potensial rəqibləri müəyyənləşdi

"Qarabağ"ın potensial rəqibləri müəyyənləşdi


14:33     22 İyul 2019 2019/07/f655d7d8-0adf-40a6-b3f1-526c2d0de199_1563791627.jpg


"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.


Femida.az-ın məlumatına görə, Ağdam təmsilçisi II raundda “Dandolk” (İrlandiya) səddini keçəcəyi təqdirdə, “Sutyeska” (Monteneqro) / APOEL (Nikosiya, Kipr) cütünün qalibi ilə üz-üzə gələcək. İlk oyunlar 6-7 avqustda, cavab qarşılaşmaları isə 13 avqustda olacaq.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv “Dandolk”la iyulun 24-də səfərdə, iyulun 31-də isə evdə qarşılaşacaq. Ölkə çempionu I təsnifat mərhələsində “Partizani”dən güclü olub (0:0, 2:0).

Çempionlar yolu

“Makkabi” (Tel-Əviv, İsrail) / "CFR Kluj" (Rumıniya) - “Seltik” (Şotlandiya) / “Nomme Kalyu” (Estoniya)

APOEL (Nikosiya, Kipr) / “Sutyeska” (Monteneqro) - “Dandolk” (İrlandiya) / “Qarabağ” (Azərbaycan)

PAOK (Yunanıstan) - “Ayaks” (Hollandiya)

“Dinamo” (Zaqreb, Xorvatiya) / “Saburtalo” (Gürcüstan) - “Ferensvaroş” (Macarıstan) / “Valetta” (Malta)

“Srvena Zvezda” (Serbiya) / HİK (Finlandiya) - “Kopenhagen” (Danimarka) / TNS (Uels)

“Maribor” (Sloveniya) / AIK (İsveç) - BATE (Belarus) – “Rusenborq” (Norveç)

Femida.az

Açar sözlər: #Qarabağ  

Oxunub: 201