Biləsuvarda cinayət - Bibisi oğlu və dostunu güllələdi


15:04     22 İyul 2019 gulleleyib.jpg

İyulun 20-də Biləsuvar rayonunun Xırmandalı kəndində yaşayan E.Zeynalov evində münaqişə zəminində tüfəngdən açdığı atəşlə oraya gəlmiş Sumqayıt şəhər sakinləri - bibisi oğlu C.Məmmədova və onun dostu N.İsmayılova xəsarət yetirib.


DİN-in Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Zeynalov saxlanılıb və hadisə zamanı istifadə etdiyi müvafiq sənədləri olan “İJ-27E” markalı ov tüfəngi götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 382