Sürücülərə müraciət
15:56 22 İyul 2019
Bakı Nəqliyyat Agentliyi paytaxtda keçirilən “XV Avropa Gənclər Yay Olimpiya Festivalı” ilə əlaqədar olaraq sürücülərə müraciət edib.
Femida.az-ın məlumatına görə, müraciətdə qeyd edilir ki, müəyyən olunmuş marşrutlar üzrə çəkilmiş sarı zolaqlar idmançıların və digər rəsmilərin idman obyektlərinə vaxtında və təhlükəsiz çatmasını təmin etmək məqsədi daşıyır:
“Lakin bəzi şəxsi nəqliyyat vasitəsi sürücüləri bir çox hallarda zolağa daxil olaraq avtobusların qarşısına çıxmaqla, ara məsafəsi gözləmədən arxası ilə irəliləməklə və ya ani manevrlər etməklə hərəkətə mane olaraq qəza şəraiti yaradırlar.
Qeyd edilənləri nəzərə alaraq Bakı Nəqliyyat Agentliyi hərəkət iştirakçılarını xüsusən də sürücüləri festival müddətində yol hərəkəti qaydalarına, o cümlədən də sarı zolağın tələbinə əməl etməyə çağırır.
Şəhərimizdə keçirilən əvvəlki oyunlarda olduğu kimi festivalın davam etdiyi günlərdə də hərəkət iştirakçılarının tətbiq edilən müvəqqəti dəyişikliklərə anlayışla yanaşacaqlarına ümid edirik”.
Femida.az
Oxunub: 520
Oxşar xəbərlər
- Sürücülərə vacib xəbər - 40 manat cərimə oluna bilərsiniz - VİDEO
- Sürücülərə qarşı dələduzluq edən 18 yaşlı qız tutuldu
- Sürücülərə 40 manatlıq CƏRİMƏ XƏBƏRDARLIĞI
- Sürücülərə ixtisas sinfinin verilmə qaydası dəyişib
- Sürücülərə xəbərdarlıq: Bu yerlərdə maşın saxlamayın!
- Sürücülərə taxoqraf sistemi ilə nəzarət olunacaq
- Sürücülərə xəbərdarlıq olunur
- Sürücülərə xəbərdarlıq olunur - Burdan keçməyin!
- Sürücülərə yeni cəzalar gəlir: bunu edənlər 50 manat CƏRİMƏLƏNƏCƏK
- Sürücülərə XƏBƏRDARLIQ! Bir gününüz qaldı