“Sovetski”də söküntü vaxtı qaz xətti zədələnib


16:01     22 İyul 2019 2019/07/skn3_1563797195.jpg

Yasamal rayonunda “Sovetski” kimi tanıdığımız ərazidə, S.Tağızadə küçəsində təmir işləri aparan təşkilatlardan biri yerüstü aşağı təzyiqli qaz xətlərini yararsız hala salıb.

Femida.az-a daxil olan məlumata görə, “Azəriqaz” İB yaranmış vəziyyətdən əziyyət çəkən 40 abonentin qaz təchizatını bu gün saat 13.40-da bərpa etməyə nail olub. Bütün qurumlardan təmir-tikinti işləri apararkən həmin ərazilərdəki qaz xətlərini nəzərə almaları xahiş olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 550