FHN rəhbərliyi rayonlarda vətəndaşların qəbulunu keçirəcək
16:44 22 İyul 2019

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov iyulun 26-da saat 11.00-dan Ağdam rayonunun Quzanlı qəsəbəsində, Nazirliyin Qarabağ Regional Mərkəzinin binasında Ağdam rayonu sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirəcək.
FHN-dən Femida.az-a bildirilib ki, qəbula gələn vətəndaşların qeydiyyatı iyulun 25-də Qarabağ Regional Mərkəzinin binasında saat 09.00-da başlayacaq.
İyulun 26-da saat 11.00-dan fövqəladə nallar nazirinin birinci müavini Rəfail Mirzəyev Ağcabədi şəhərində, Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında Ağcabədi rayonu sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirəcək. Qəbula gələn vətəndaşların qeydiyyatı 26 iyul 2019-cu il tarixdə Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 09.00-da başlayacaq.
Həmin gün saat 11.00-dan fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev isə Beyləqan şəhərində, Heydər Əliyev Mərkəzinin binasında Beyləqan rayonu sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçiricək. Qəbula gələn vətəndaşların qeydiyyatı 26 iyul 2019-cu il tarixdə Heydər Əliyev Mərkəzinin binasında saat 09.00-da başlayacaq.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
Femida.az
Oxunub: 202
Oxşar xəbərlər
- FHN əməkdaşını qətlə yetirən şəxsin məhkəməsi başlayıb
- FHN əməkdaşları mənzildə meyit tapıblar
- FHN-in avtomobili qəzaya düşüb
- FHN əməkdaşını qətlə yetirən şəxsin məhkəməsi başlayır
- FHN 233 binaya müsbət rəy verib
- FHN-in əməkdaşları beynəlxalq yarışlarda uğurla çıxış ediblər
- FHN intiharın qarşısını aldı
- FHN köməksiz qalan 6 nəfəri xilas edib
- FHN-in dələduzluqda ittiham edilən keçmiş inspektoruna hökm oxunub
- FHN əməkdaşları intiharın qarşısını alıb