Narkoloji Mərkəzdəki yanğınla bağlı məhkəmə işindən SON XƏBƏR


18:26     22 İyul 2019 2019/01/narkolojiq_1548935871.jpg

Bakı Apelyasiya Məhkəməsində Respublika Narkoloji Mərkəzində baş verən yanğın hadisəsinə görə təqsirli bilinən şəxslərin apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.


Hakim Elmar Rəhimovun sədrlik etdiyi iclasda qərar elan edilib. Qərara əsasən, apelyasiya şikayətləri təmin edilməyib.

Qeyd edək ki, ötən il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində 25 nəfərin ölümü ilə nəticələnən yanğın baş verib.

Hadisə ilə bağlı cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənov 4 il, mərkəzin işçisi Mahir Abdullayev 3 il 6 ay, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov isə ömürlük azadlıqdan məhrum edilib. M.Məmmədovun həkimi, mərkəzin şöbə müdiri Afət Məmmədovaya isə 5 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzası verilib. / Report

Femida.az

Açar sözlər: #narkoloji  

Oxunub: 467